12px13px15px17px
Tarix:01/05/15

Hər gün 500 milyondan çox planet sakini kompüter oyunu oynayır

Hər gün dünyada 500 milyondan çox insan kompüter oyunları arxasında 3 milyard saat keçirir. Bu barədə "Statista" və "Raptr" şirkətlərinin məlumatında deyilir.  
 
Qeyd olunan vaxt həcminin 21,8 faizi bu ilin martında "League of Legend" oyununa sərf olunub. Birinci-dördüncü yerləri "World of Warcraft" (8,16 faiz), "Counter-Strike: Global Offensive" (5,7 faiz) və "DOTA 2" (5,68 faiz) kompüter oyunları tutub. Digər oyunların payı 3 faizdən az olub.
 
Tədqiqata görə, iki aparıcı şirkət - "Activision Blizzard" və "Electronic Arts" ABŞ və Avropa İttifaqı (Aİ) bazarında müvafiq olaraq 19,5 və 18,4 faizlik paya sahib olub, - "Delo"  yazır.  



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024