12px13px15px17px
Tarix:01/05/15

Azərbaycan nümayəndə heyəti Avropa Nüvə Tədqiqatları Mərkəzində müzakirələr aparıb (FOTOLAR)

Cari ilin 21-25 aprel tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) görüşlər keçirilib.

Görüşlərdə Azərbaycanı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti (İCŞ-in müdiri İsbəndiyar Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov və aparıcı məsləhətçisi Abbas Məmmədov, Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) sədri Adil Qəribov, sədr müavini İbrahim Qabulov, nüvə fizikası şöbəsinin müdiri Anar Rüstəmov, BƏHM-in texniki işlər üzrə direktor müavini Məzahim Quliyev) təmsil edib.
 



Səfərin əsas məqsədi Azərbaycan Respublikasının CERN ilə mövcud olan əlaqələrinin daha da inkişaf etdirilməsi və bu işdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət istiqamətlərinin, əməkdaşlıq sahələrinin müzakirə edilməsi olub.
 
Səfərin ilk günü nümayəndə heyəti CERN-in məsul şəxsləri ilə görüşmüş və CERN-in, o cümlədən Sinkrosiklotron, İdarəetmə, ATLAS, İfratkeçirici Maqnitin Sınaq və bir sıra təcrübə mərkəzlərinin fəaliyyəti ilə tanış olublar. Görüşdə CERN nümayəndələri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıblar. ALICE layihəsinin rəhbər şəxsləri ilə keçirilən görüşdə isə MNTM-in bu layihəyə qoşulma mövzusu müzakirə edilib.



 

Səfərin növbəti günü “Worldwide Large Hadron Collider Computing Grid (WLCG)” layihəsinin rəhbəri Y. Börd Mərkəzin kompüter şəbəkəsi haqqında nümayəndə heyətini məlumatlandırıb, “TIER 0” DATA mərkəzi ilə tanış edib. Görüşdə Azərbaycanda yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan və ən qabaqcıl texnologiyalara sahib olacaq Data Mərkəzi haqqında da geniş məlumat verilib.
 
Səfər zamanı Azərbaycanın CERN-ə assosiativ üzv olması, CERN-də aparılan təcrübələrinin məlumatlarının ölkəmizdə yaradılan Data Mərkəzində saxlanması,  ölkəmizdə nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün MNTM-in layihələrə qoşulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
 
CERN tərəfindən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə də ciddi maraq göstərilib, informasiya magistralının gələcəkdə faydalı bölgə ölkələri ilə elmi əlaqələrin genişləndirilməsi üçün faydalı ola biləcəyi vurğulanıb.
 
 



Baxış sayı: 1287

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Avqust 2019

17/08/19
“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə 

17/08/19
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə 

17/08/19
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin 

16 08 2019

16/08/19
Yeni “iPhone” smartfonunun təqdimat tarixi və vaxtı məlum olub

“Apple” korporasiyası avqustun 15-də çıxarılmış “iOS 13” versiyasının 7-ci beta-versiyasının kodunda yeni

16/08/19
Operativ yaddaşın satışında azalma qeydə alınıb

“DRAMeXchange” şirkəti 2019-cu ilin ikinci rübündə dünya operativ yaddaş çipləri bazarının həcminin 14,84

16/08/19
“Windows” sisteminin idarəetməsi altında işləyən istənilən kompüterə müdaxilə üsulu tapılıb

“Windows” sisteminin terminal xidmətlərində cinayətkarlara qurbanın kompüterinə tam müdaxiləyə imkan verə

16/08/19
“Huawei” şirkəti “6G” şəbəkəsi üçün avadanlığın istehsalına başlayıb

“Huawei” şirkəti “6G” standartı üçün şəbəkə həlləri hazırlamağa başlayıb.

16/08/19
MHM-in əməkdaşı bilyard üzrə dünya ikincisi oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Seymur Məmm

16/08/19
“5G” şəbəkəsini dəstəkləyən qurğuların sayı açıqlanıb

Beynəlxalq Mobil Həll Tədarükçüləri Assosiasiyası (Global Mobile Suppliers Association – GSA) qlobal baza

16/08/19
“Instagram” istifadəçilərə şübhəli məzmun haqqında məlumat verməyə imkan verəcək

“Instagram” sosial şəbəkəsi tərəfindən təqdim ediləcək yeni funksiya istifadəçilərə şübhəli məzmun haqqın

16/08/19
Dünyada elektron kağız üçün ilk printer təqdim olunub

“E Ink Holdings” şirkəti rəqəmli displeylərdə çoxdəfəli çap üçün “JustPrintIt” texnologiyasını

16/08/19
İlin ən yaxşı smartfonu məlum olub

Audio və videotexnika üzrə Avropa Jurnallar Assosiasiyası (European Imaging and Sound Association, EISA)