12px13px15px17px
Tarix:01/05/15

AÇIQLAMA: 585 - “Daşınan şəhər telefon xidməti” region əhalisi üçün nəzərdə tutulub

 "Aztelekom" İstehsalat Birliyinin regionlarda tətbiq etdiyi  585 - "Daşınan şəhər telefon xidməti" istifadəçiləri Bakı yox, rayon telefon qovşaqlarında avadanlıqları qurulan internet provayderlərin xidmətlərindən istifadə edə bilər.
 
Bu barədə açıqlamanı birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bildirib.
 
 Onun sözlərinə görə, bu anlaşılmazlıqlarla bağlı rayon telekommunikasiya qovşaqlarına müraciət edən vətəndaşlara açıqlamalar verilir.
 
"Rayonlarda 585-lə başlayan Bakı nömrələrinin fəaliyyət göstərməyə başladıqdan sonra vətəndaşları Bakı internet provayderlərdən də bu xidmətə qoşulmağın mümkünlüyü maraqlandırır. Bu, texniki bir məsələdir. Hər hansı bir provayderə qoşulmaq üçün həmin provayderin telefon çəkilən TKQ-də müvafiq avadanlığının olması vacibdir. Bir daha vətəndaşlara bildiririk ki, burada  şəhər nömrəsi dedikdə nömrənin stansiyasının Bakıda yerləşməsi başa düşülməməlidir".

   Qeyd edək ki, Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlardakı hər bir müştərimiz Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə "şəhər-kənd" arasında rəqəmsal uçurum yox olacaq.

Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə 585 indeksi ilə telefonlara sahib olmaq fürsətindən yararlana bilərsiniz. 585 seriyası ilə başlayan nömrələrin çəkiliş haqqı həm Bakıda, həm də ölkənin rayonlarında 30 manat təşkil edəcək.
 



Baxış sayı: 1416

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024