12px13px15px17px
Tarix:01/05/15

“İsmayıllı elektron turizm portalı”nın təqdimatı keçirildi

İsmayıllı şəhərində “İsmayıllı elektron turizm portalı”nın (www.gotoismailli.az) təqdimatı keçirilib.
 
 Təqdimatda Rayon İcra Hakimiyyətinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri və rayonda fəaliyyət göstərən QHT-lərin, ictimai birliklərin və turizm mərkəzlərinin nümayəndələri iştirak ediblər.
 
 
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sözügedən layihənin əhəmiyyətindən danışaraq icraçılara uğurlar arzulayıb.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələrlə iş sektorunun müdiri Əkbər Abbasov tədbirdə çıxış edərək, Fondun fəaliyyəti, icra olunan və görüləcək işlər və qrant müsabiqələri haqqında toplantı iştirakçılarına məlumat verib.
Sonra isə layihə iştirakçıları tərəfindən portalın təqdimatı keçirilib.
 
Bildirilib ki, yaradılan elektron portalda rayonun turizm potensialını əks etdirmək məqsədilə, rayonda olan turizm üçün əlverişli ərazilər, turizm obyektləri, tarixi və mədəniyyət abidələri, sənətkarlıq nümunələri və rayonda istehsal olunan məhsullar haqqında geniş məlumat yerləşdirilib.
 
 
Həmçinin, portal üzərindən İsmayıllı rayonunda istehsal olunan sənətkarlıq nümunələri və kənd təsərrüfatı məhsullarının onlayn satışının təşkil olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
 
Qeyd edək ki, “İsmayıllı elektron turizm portalı” layihəsi Fondun ayırdığı qrant vəsaiti hesabına həyata keçirilib.
 
 
SEYMUR
 
 
 
 



Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024