12px13px15px17px
Tarix:02/05/15

Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında yüksək səviyyədə təmsil olunacaq

Azərbaycan nümayəndə heyəti mayın 8-də Moskvada keçiriləcək Regional Rabitə Birliyinin (RRB) iclaslarında təmsil olunacaq .
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti RRB-nin rabitə administrasiyalarının 50-ci Rəhbərlər Şurasının birgə iclasında və  MDB ölkələrinin informasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının 21-ci iclasında iştirak edəcək.

Tədbirdə rabitə sahəsi üçün vacib olan məsələlər üzrə əməkdaşlıq imkanları, informasiya cəmiyyətinin inkişafında MDB ölkələrinin tərəfdaşlıq strategiyasının yerinə yetirilməsi və s. məsələlər müzakirə olunacaq.
 
Eyni zamanda, RRB-nin normativ sənədlərinə əlavələrin və dəyişikliklərin edilməsi daxil olmaqla bir sıra digər daxili məsələlər üzrə qərarlar qəbul ediləcək.
 
 Tədbir çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin Böyük Vətən müharibəsinin  qalibiyyətinin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı nəzərdə tutulur.
 
Azərbaycan nümayəndə heyətinin tərkibinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov, şöbənin əməkdaşı Toğrul Hüseynov, İnfrastrukturun inkişafı şöbəsinin müdiri Mirheydər İsmayılov, şöbənin poçt sektorunun  rəhbəri Novruz Məmmədov, Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov, Beynəlxalq əlaqələr və hesablaşma mərkəzinin direktoru Cəlil Cəfərov daxildirlər.
 
İclaslarda Novruz Məmmədov Azərbaycanda poçt sektorunun inkişafı, Faiq Fərmanov isə "Transsərhəd məkanda elektron təhlükəsizliyin təmin edilməsi" mövzusunda məruzələrlə çıxış edəcəklər.
 
Aynur Vəliyeva



Baxış sayı: 892

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2020

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa

28 03 2020