12px13px15px17px
Tarix:05/05/15

Simsiz elektrik enerji ideyası reallaşır

"Nikola Labs"  radiotezlikləri  daimi enerjiyə  çevirən  və  digər cihazları  enerji  ilə  təmin edən yeni  cihaz  istehsal edib.
 
"Nikola Labs"  bu texnologiyadan istifadə edən ilk məhsulunu da  təqdim edib. Bu, "iPhone 6"  smartfonu üçün hazırlanan qapaqdır. O, telefonun  siqnalından   istifadə  edərək  30 faizdən  çox  enerji  ilə  təmin  edir.
 
Şirkət  məhsulunu  bazara  yaxın  bir  ildə  çıxarmağı   planlaşdırır. "Nikola Labs"   həmçinin  Ohayo  Dövlət  Universiteti  ilə   əməkdaşlıq çərçivəsində texnologiyanı  təkmilləşdirərək  patentləşdirəcək.
 
Bu  texnologiyanı   "ağıllı"  saatlarda,    sensorlarda,  tibb  cihazlarında  və   "əşyaların  interneti"ndə,  az elektrik   tələbatlı   istənilən cihazda  istifadə  etmək  olar.
Cihazın qiyməti   99 dollar  olacaq.
Qeyd edək ki, Nikola  Tesla ilk   dəfə  elektrik  xətlərdən  istifadə  edib.  Henrix  Hertz  sübut  edib ki,  enerjini   simsiz  ötürmək  mümkündür. Amma  biz  hələ də  21-ci  əsrin  cihazlarını  enerji ilə təmin etmək üçün 19-cu  əsrin  texnologiyasından  istifadə  edirik.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024