12px13px15px17px
Tarix:05/05/15

Rəsmi geyim forması daha yaxşı düşünməyə səbəb olur

Qərb dünyasında bir çox müasir ofislərdə işləyən əməkdaşlar nadir hallarda “dress-kod”a riayət etmək zərurəti ilə qarşılaşır.

Amerika mətbuatı yazır ki, direktorlar yaxşı başa düşürlər ki, kostyum deyil, cins və futbolka geyinmiş əməkdaşlar daha rahat işləyir. Bununla belə, bu yaxınlarda keçirilmiş tədqiqatın nəticələrinə əsasən, rəsmi geyim forması əməkdaşların iş keyfiyyətinə müsbət təsir göstərir.
 
 
"ICTnews" elektron xəbər xidməti “russian.rt.com” saytına istinadən bildirir ki, alimlərin araşdırmasına əsasən, geyim insanın koqnitiv qabiliyyətinə güclü təsir göstərir. Bir sözlə, insan nə qədər rəsmi geyinibsə, bir o qədər yaxşı  düşünür. “Social Psychological & Personality Science” jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə əsasən, kostyum və qalstuk öz sahibinin iş keyfiyyətinə daha yaxşı təsir edir.
 
"Rəsmi geyim insanın daha qlobal düşünməsinə şərait yaradır" – keçirilmiş tədqiqatın həmmüəlliflərindən biri izah edib.
 
Emil Hüseynov
 



Baxış sayı: 1046

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024