12px13px15px17px
Tarix:05/05/15

İnternet şirkəti İndoneziyada trafikin 4 dəfə sıxılması üçün yeni texnologiyanı sınaqdan keçirir

“Google” internet şirkəti mobil qurğularda internet trafikini dəfələrlə azaldaraq onun yüklənmə sürətini artıran alqoritm hazırlayıb.
 
İlkin olaraq İndoneziyada iki həftədən sonra sınaq rejimində istifadəyə veriləcək yeni texnologiya əvvəlcə yalnız  “Chrome” brauzerində və “Android” mobil əməliyyat sistemli qurğularda işləyəcək. Şirkətin məlumatına görə, sayt səhifələri 4 dəfə tez yüklənəcək, trafikin sıxılması 80 faiz təşkil edəcək. “Google”un keçirdiyi daxili sınaqlarda trafikin optimallaşdırılan səhifələrdə 50 faizlik artımına nail olunub.
 
Bildirilir ki, səhifələrin sürətləndirilməsi və optimallaşdırılması nəşriyyatçı və reklamçılara yeni auditoriyaya çıxmağa imkan verəcək.  
 
Bu, kommersiya baxımından həm “Google”, həm də onun tərəfdaşı olan reklamçılar üçün sərfəlidir. Çünki sayt nə qədər tez yüklənsə, istifadəçi reklamı bir o qədər tez görər. Şirkət nümayəndələri əlavə ediblər ki, yeni texnologiyada "AdSense”, daha sonra "DoubleClick” servislərinin reklamına xüsusi diqqət yetiriləcək.
 
Texnologiyanın İndoneziyadan kənarda nə vaxt istifadəyə verilməsi barədə hələlik məlumat verilmir, - "Telekomzayazır.



Baxış sayı: 1523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024