12px13px15px17px
Tarix:05/05/15

Samux TKQ üçün yeni inzibati bina tikilir

Samux Telekommunikasiya Qovşağının (TKQ) yeni inzibati binasının tikintisi başa çatmaq üzrədir. TKQ-nin rəisi Ələsgər Əliyevin “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, artıq işlər yekunlaşmaq ərəfəsindədir.
 
“İndiyədək TKQ-nin binası müasir tələblərə cavab verməyib. Burada abunə şöbəsi də o qədər qənaətbəxş olmadığından samuxlulara daha keyfiyyətli, daha müasir xidmət göstərmək üçün yeni inzibati binanın tikintisinə ehtiyac vardır. İnzibati bina əvvəlki TKQ binasına yaxın yerdə şəhərin mərkəzində olmaqla ən müasir standartlara cavab verən şəkildə inşa olunur”.

  Binada işçi personalının rahat işləməsi üçün otaqlar, NGN texnologiyalı EATS və digər köməkçi avadanlıqlar yerləşəcək.

Qeyd edək ki, Samux TKQ mərkəzlə birlikdə 17 kənd EATS-lə samuxlulara rabitə və informasiya texnologiyaları xidməti göstərir. Hazırda rayon üzrə 8320 telefon,  2920 ADSL abunəçisi var.
 
RƏVAN



Baxış sayı: 759

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024