12px13px15px17px
Tarix:06/05/15

Uzaq məsafədən cərrahi müdaxilələr reallaşacaq

Yaxın gələcəkdə cərrahlar uzaq məsafədən əməliyyat həyata keçirə biləcək. Florida Xəstəxanasının yanında Nikolson Mərkəzində hazırlanan texnologiyalar məsafədən cərrahi müdaxilələr həyata keçirməyə imkan verəcək.

Avtomatlaşdırılmış cərrahi komplekslərin uzaq məsafədən idarə edilməsi tibbi mərkəzlərin imkanlarını xeyli genişləndirməyə kömək edəcək. Alimlər artıq ABŞ-ın Təhlükəsizlik Departamentindən 4,9 milyon dollar məbləğində qrant alıblar və sınaqlar seriyasını başa çatdırıblar.

"ICTnews" elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, uzaq məsafədən cərrahi müdaxilələr amerikalı hərbçilər üçün xüsusi maraq kəsb edir: mobil hospitallarda məsafədən əməliyyatların aparılması döyüş meydanında zədələnmiş əsgərlərə birinci dərəcəli tibbi yardım  göstərməyə imkan verəcək. Bu səbəbdən alimlər diqqətini məlumatların ötürülməsi zamanı böyük məsafələrin aradan qaldırılması üzərində cəmləyiblər.

Əvvəllər də belə cərrahi müdaxilələr keçirilib, ancaq cərrah və avtomatlaşdırılmış qurğu bir-birinə yaxın məsafədə yerləşib və idarəetmə pultu və cərrahi alətlər simli rabitə kanalları ilə əlaqləndirilib. İndi isə alimlər məlumatların internet üzərindən ötürülməsi imkanı daxil olmaqla cərrahların imkanını genişləndirməyə çalışır.
Bir problem mövcuddur: qlobal şəbəkə kanalları üzrə məlumatların ötürülməsi gecikmələrlə müşayiət oluna bilər ki, bu da cərrahiyə əməliyyatının keçirilməsi prosesində kritik əhəmiyyət daşıyır. Maksimum mümkün gecikmə 200 millisaniyəni ötmədikdə bu texnologiya təcrübədə tətbiq oluncaq.

Emil Hüseynov



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024