12px13px15px17px
Tarix:06/05/15

İnsanların həyatını asanlaşdıran yeddi texnologiya (FOTOLAR)

15-20 il bundan əvvəl insanlar yaxın gələcəkdə öz mobil telefonlarından bu dərəcədə asılı olacaqlarını təsəvvür edə bilməzdilər. İndi müasir cihazlar gündəlik məsələlərin (alış-veriş, kommunal ödənişləri ödəmək, videozənglər etmək, yolların yüklənməsi haqda məlumat əldə etmək) həllində insanlara kömək olur. Bir qədər əvvəl "Ericsson" şirkətinin komandası 42 gün ərzində 25 ölkəni gəzərək planetin müxtəlif yerlərində insanların gündəlik həyatda istifadə etdikləri texnologiyaları qeydə alıblar. Bu məqalədə yeddi əsas texnologiya haqda məlumat veriləcək.
 
 
 
 
 
  1. Ünsiyyət







"Internet.org" – inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında texnoloji fərqi aradan qaldırmaq üçün nəzərdə tutulmuş layihədir, əsas  hədəfi planetin qlobal şəbəkəyə qoşulmayan əhalisinin internetə çıxışını təmin etməkdir. Bu layihənin qısa tarixi aşağıdakı kimidir: "Facebook"un mühəndisləri qrupu Afrikaya yollanaraq yerli "SİM" kart taxılmış telefonda yeni mobil proqramı sınaqdan keçirmək istəyib. Sınaq uğursuz olub: təbəssüm simvolunu göndərmək üçün 40 dəqiqə vaxt sərf olunub. Buna görə 2013-cü ildə "Facebook", "Ericsson", "MediaTek", "Opera", "Samsung", "Nokia" və "Qualcomm" şirkətləri planetin hələ də internetə çıxış olmayan əhalisini qlobal şəbəkəyə qoşmaq üçün ittifaq yaradıblar.
 

  1. Şəhər həyatı
"Zero Site" – "ağıllı" şəhər üçün texnologiyadır. "Ericsson" və "Philips" şirkətlərinin birgə layihəsi simsiz rabitə və küçə işıqlandırma sistemini birləşdirib. Layihə bir sıra vacib problemlərin həllinə imkan verir:
  • Küçə işıqlandırması tərəfindən enerjinin sərfiyyatı səviyyəsini azaltmaq;

  • Fənərlərin daxilinə kiçik baza stansiyalarının yerləşdirilməsi hesabına mobil operatorların əhatə dairəsini yaxşılaşdırmaq;

  • Gecə vaxtı küçələri daha işıqlı və təhlükəsiz etmək.
 
  1. Uşaqların tərbiyələndirilməsi
"DIY.org" layihəsi uşaqları oyun prosesində öz bilik və bacarıqlarını inkişaf etdirməyə səsləyən internet cəmiyyətidir, uşaqlar öz təcrübələri ilə mübadilə edə və tərəfdarlar tapa bilərlər. İnternet cəmiyyətdə videoöyrədici, foto təlimatlar kataloqu var, həm də iştirakçılardan hər biri yeni nəsə əlavə edə bilər.
 
 
 
  1. Nəqliyyat






"Connected Car" – "Volvo" və "Ericsson" şirkətlərinin birgə layihəsi "ağıllı" avtomobil konsepsiyasının real təcəssümüdür. "Connected Vehicle Cloud Solution" "bulud" həllinin köməyi ilə avtomobil "bulud" xidmətlərinə qoşularaq sürücüyə proqram, əyləncə və bort nəzarət sistemlərinə giriş imkanı yaradır. Təsəvvür edin: avtomobil proqram təminatını müstəqil yeniləyir, hərəkət marşrutunu çəkir, ən yaxın yanacaqdoldurma stansiyaları ilə bağlı variantlarını təklif edir, yaxınlıqda yerləşən avtodayanacaq tapır və sairə.
 
  1. İdman
"Misfit Wearables" şirkəti bazarda öz yerini tutmağa nail olub. İnsan bu şirkətin fitnes qolbağından ayrılmaq istəmir. "Misfit Shine" fitnes qolbağı su keçirmir və onu tez-tez enerji ilə doldurmaq lazım deyil. Batareyanın şarjı mənə azı 4 aylıq kifayətdir. "Misfit Shine" – yığcam, zərif fitnes qolbaqdır və smartfonla sinxronlaşır. Bir gün ərzində insanın fəallığı haqda bütün informasiyanı əks etdirir.
 
  1. Tibb
"MS10" mütəxəssislərinin həlli xəstəliklərin diaqnostikasına müasir yanaşmanı əsaslı şəkildə dəyişəcək. "Biostamp" – bu, çox nazik texnoloji yapışqan plastırdır, ancaq onun funksiyası yaraların müalicəsi ilə məhdudlaşmır. "Biostamp"ın vəzifəsi xəstənin sağlamlıq vəziyyəti haqda informasiya toplamaqdır. "Ağıllı" plastır ürək döyüntüsünün tezliyini, qan təzyiqini, bədənin hərarətini izləyir. Toplanılmış məlumatlar simsiz rabitə ilə mobil proqrama göndərilir və bundan sonra orqanizmin cari vəziyyətini qiymətləndirmək olar.
 
 
 
  1. Ərtaf mühit



 


"Lapka Personal Environment Monitor" (PEM) – ətraf mühitin insan gözü üçün əlçatmaz olan müxtəlif aspektləri haqda informasiyanı toplayaraq təhlil edən skanerdir. "Lapka PEM" skanerinin köməyilə toplanılan məlumatlar gündəlik  təbiətdə baş verən prosesləri dərk etməyə imkan verir.

Emil Hüseynov



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024