12px13px15px17px
Tarix:06/05/15

“Azerspace-1” peykinin resursları Afrika və Yaxın Şərqi etibarlı rabitə ilə təmin edəcək

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC  Birləşmiş Ərəb Əmirliklərinin  Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk xidmətləri təklif edən “Network Satellite Technology Trading” (NSTT) şirkəti ilə müqavilə imzalayıb.
 
Müqaviləyə əsasən,  “NSTT” şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.
 
“İDirect” platforması üzərindən təklif olunan peyk xidmətləri  Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən şirkətləri etibarlı rabitə ilə təmin edəcək. “Azərkosmos” və “NSTT” arasındakı əməkdaşlıq “Azerspace-1” peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək.
 
Qeyd edək ki, 2002-ci ildə yaradılan “NSTT” şirkəti dünyanın qabaqcıl kommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətidir.



Baxış sayı: 1243

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024