12px13px15px17px
Tarix:07/05/15

Bakının kompüter dükanlarında pirat proqram təminatının satışı ilə mübarizə çərçivəsində reydlər keçirilib

"Microsoft" proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan öncə pirat proqram təminatlı kompüterlərin yoxlanması və sınaq tədarükünün ardı olaraq Bakının kompüter dükanlarında növbəti reyd keçirib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, polis tərəfindən növbəti reyd aprel ayında sübutların toplanması və "Microsoft"a məxsus müəllif hüquqlarının pozulması, pirat proqram təminatının yayılması üzrə cinayət işinin açılması üçün keçirilib.
 
Yoxlama zamanı Bakıda fəaliyyət göstərən ticarət nöqtələrindən birində öncədən "Microsoft" proqram təminatı quraşdırılmış və piratçılıq əlamətləri müşahidə olunan üç kompüter müsadirə olunub.
 
 Bundan başqa, yoxlama prosesində proqramların pirat nüsxələrinin quraşdırılması üçün istifadəsi ehtimal olunan bir neçə informasiya daşıyıcısı da müsadirə edilib. Hazırda müsadirə olunmuş əmlakın ekspertizası keçirilir və görüləcək hüquqi tədbirlərlə bağlı məsələlər həll olunur.
 
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan qanununa əsasən, pirat proqram təminatının istifadəsi və ya hər hansı formada yayılması müəllif hüquqlarının pozulmasıdır. Bu, cinayət, inzibatı və ya mülki məsuliyyətə, hətta həbs müddətinə gətirib çıxara bilər.
 
Növbəti reydin keçirilməsinə başlıca əsas cari ilin mart ayında kompüter bazarında aparılan yoxlamaların nəticələri olub. Belə ki, nəticələrə əsasən, yoxlama aparılan ticarət nöqtələrinin yarısında pirat proqram təminatı quraşdırılmış kompüter texnikasının açıq şəkildə satışı və işçi heyəti tərəfindən pirat proqram təminatının bilavasitə mağazada quraşdırılması halları aşkarlanıb.
 
"Azərbaycanda kompüter piratçılığının yüksək göstəricisinin başlıca səbəbi həm satıcıların, həm də alıcıların lisenziyasız proqram təminatından istifadənin ziyanları haqqında hüquqi maariflənmə səviyyələrinin aşağı olmasıdır, - deyə "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov qeyd edib.
 
O bildirib ki, proqram təminatının pirat nüsxəsinin təhlükəli tərəfi odur ki, bu cür proqramların başlanğıc kodları və sistem faylları cinayətkarlar tərəfindən qərəzli şəkildə modifikasiya oluna, tərkibində təhlükəli virus və "qoşmalar" yerləşdirilə bilər.
 
"Lisenziyasız proqram təminatının əldə edilməsi ilkin olaraq maddi baxımdan qənaətcil görünsə də, istifadəçilər üçün daha təhlükəli itkilərə və proqram təminatına olan müəllif hüquqlarının pozulmasına görə hüquqi məsuliyyətə səbəb ola bilər".
 
Proqramların pirat nüsxələrinin yayılması ilə məşğul olan satıcılar müəllif hüquqlarının qorunması ilə bağlı qanun pozuntusuna yol verməklə yanaşı, kompüter alıcılarını vergi qanunvericiliyini pozmağa da sövq edə bilərlər. Proqram təminatı qanuni yolla əldə olunmadıqda, müəssisənin balansına daxil edilə bilməz və bununla da fiskal və vergi orqanlarının yoxlamaları zamanı əlavə risk yaranır.
 
Kompüter satışı üzrə ticarət nöqtələri pirat proqram təminatının kompüterlərdə quraşdırılmasının başlıca mənbələrindəndir. Kompüter satıcıları aşkar və ya gizli şəkildə müştərilərə lisenziyasız proqram təminatını quraşdıraraq "qənaət" etməyi təklif edirlər və buna görə də onlardan əlavə ödəniş alırlar. Yoxlamaların nəticələrinə əsasən 30% hallarda müştərilərə "Windows" əməliyyat sisteminin "nümayiş üçün olan versiyalar"ı təklif olunur. 40% hallarda isə satış nümayəndəsi istənilən proqram təminatının əlavə ödəniş əsasında quraşdırılmasını təklif edib.
 
Satıcılar kompüter alıcılarının maariflənmə səviyyəsinin aşağı olmasından sui-istifadə edərək onlara məhsulun "nümayiş üçün olan versiyalar"ını təklif edirlər, hansı ki, əslində məhsulun modifikasiya olunmuş nüsxəsidir. "Microsoft" xüsusi hallar istisna olmaqla, əməliyyat sistemlərinin və ofis proqram paketlərinin "nümayiş üçün olan versiyalar"ının pərakəndə satış şəbəkələrində yayılmasını həyata keçirmir. Kompüterin korpusunun üzərində məhsulun orijinallığını təsdiq edən sertifikatın və ya müvafiq sənədlərin, o cümlədən proqramın quraşdırılma daşıyıcısının aktivasiya kodu ilə olmaması məhsulun həqiqiliyi və satıcının proqram quraşdırılmasını həyata keçirmək üçün səlahiyyətli olduğu barədə şübhələr doğurur.
 
Yoxlamanın nəticəsi göstərir ki, bu cür pirat məhsul satıcılarının sayı azalır, ancaq gizli alıcıların "qara siyahısı"nda yer almış mövcud satış obyektləri və şirkətlərin yarısında kompüter alarkən proqramların pirat nüsxələrinin əldə edilməsi və buna görə əlavə ödənişin tələb olunacağı ehtimalı yüksək olaraq qalır.
DİN, Azərbaycan Müəllif Hüquqları Agentliyi və "Microsoft Azerbaijan" şirkəti potensial alıcıları mümkün risklərdən qorumaq və kompüter texnikası tədarükçülərinin müəllif hüquqlarına əməl edilməsi ilə bağlı intizamının artırılması məqsədi ilə kompüter piratçılığına qarşı mübarizə istiqamətində əməkdaşlığın genişləndirilməsini planlaşdırır.
 



Baxış sayı: 490

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.