12px13px15px17px
Tarix:07/05/15

“Nar” jurnalistlər arasında keçirilən voleybol yarışmasının sponsoru oldu

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru, “Nar” Azərbaycan Voleybol Federasiyası tərəfindən keçirilmiş təntənəli aksiyanın əsas tərəfdaşı qismində çıxış etdi.

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş bu tədbir çərçivəsində jurnalistlərdən ibarət komandalar arasında voleybol üzrə yoldaşlıq matçı keçirildi. Ümumilikdə, bu oyunda internet, mətbuat və televiziya kimi kütləvi informasiya vasitələrinin 20-dən artıq  nümayəndəsi iştirak etdi. Qaliblərə “Nar” tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
 
“Bakı-2015” Birinci Avropa Oyunlarının əsas tərəfdaşı olan “Nar” mobil operatoru əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsinə yönəlmiş tədbirlər seriyasını davam etdirir. Xüsusi olaraq, öz abunəçilərinə müstəsna dəyər, sadəlik və  faydalı innovasiyalar təqdim edən mobil operator, Azərbaycanın idman federasiyalarında “açıq qapı günləri”, idmançıların uşaq və yeniyetmələr ilə görüşləri və s. kimi tədbirlərə artıq dəstək verib. Keçirilən tədbirlərin başlıca məqsədi yetişən gənc nəsil arasında idmana marağı artırmaq, həmçinin Avropa Oyunlarını uşaqlar, yeniyetmələr və onların ailələri arasında təbliğ etməkdir.
 
RƏVAN
 




Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024