12px13px15px17px
Tarix:07/05/15

Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət reyestrlərinə 4 yeni məlumat artırılıb

May ayının 1-nə qədər Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət reyestrlərinə 242 məlumat daxil edilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu rəqəm “Elektron hökumət” bülleteninin may buraxılışında diqqətə çatdırılıb.
 
Məlumatlardan 81-i  Dövlət İnformasiya Ehtiyatları, 161-i isə Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.
 
Aprelin1-nə olan statistik göstərici ilə müqayisədə reyestrlərin hər birinə daxil olunan məlumatların sayı 2 ədəd artıb.
 
Qeyd edək ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.
 
CAHANGİR


 



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024