12px13px15px17px
Tarix:12/05/15

2015-ci ildə “Smart TV”-nin qlobal tədarükü 88 milyona çatacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” (MIC) elmi tədqiqat institutunun məlumatına əsasən, 2014-cü ildə "ağıllı" televizorların (“Smart TV”) tədarük həcmi 80,35 milyon təşkil edib və televizor bazarında belə modellərin bazar payı 38,7 faizə bərabər olub.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, 2015-ci ildə geniş multimedia və internet funksiyalarına malik “Smart TV” tədarükü 88 milyonadək yüksələcək, nəticədə qlobal televizor bazarında onların bazar payı 41.2 faiz təşkil edəcək.
 
 
Hazırda “ağıllı” televizorların əksəriyyəti Çinə tədarük olunur. Sözügedən qurğunun ümumi tədarük həcminin 60 faizi bu ölkənin payına düşür. “Ağıllı” funksiyalara malik televizorlar, həmçinin Yaponiya, Qərbi Avropa və ABŞ-da geniş yayılıb. “MIC” qiymətləndirməsinə görə, bu regionlarda “Smart TV” nüfuzetmə səviyyəsi müvafiq olaraq 50, 40 və 30 faiz təşkil edir.
 
 
İnkişaf etməkdə olan bazarlar bu cəhətdən geri qalır: bu ölkələrə tədarük olunan televizorların təxminən 20 faizi "ağıllı" televizorlardır. Ancaq mütəxəssislər hesab edir ki, inkişaf etməkdə olan regionlarda genişzolaqlı internet infrastrukturunun inkişafı ilə əlaqədar smart-televizorlar tədricən geniş yayılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024