12px13px15px17px
Tarix:12/05/15

İnnovasiyalar alıcıların davranışına necə təsir göstərir?

“MasterCard” Beynəlxalq Ödəniş Sistemi və Avropa Biznes Sammiti innovativ texnologiyaların alıcıların vərdiş və davranışlarına təsirinin öyrənilməsinə həsr olunan hesabat təqdim edib.

 
Hesabatda texnologiyaların son illərdə pərakəndə alıcıların vərdişlərini dəyişməsi və pərakəndə satış sektorunun müştərilərin tələbatını ödəməsi üçün buna necə uyğunlaşması haqqında bəhs olunur.
 
2007-ci ildə Avropada 41 milyon smartfon olub. 2015-ci ildə bu say 305 milyon ədədə çatıb. Bununla yanaşı, alıcıların 60 faizi internetdə alış-verişi mobil telefon vasitəsilə həyata keçirir.
 
“MasterCard”ın məlumatına görə, statistika əksər ticarətçiləri biznes modeli dəyişərək həm ənənəvi, həm də onlayn ticarət kanallarını əhatə edən "omni” müştəri xidməti kanalını tətbiq etməyə məcbur edib.
 
Beynəlxalq ödəniş sistemi həmçinin ödəniş üsulunu seçən zaman hansı amilin əsas olmasını müəyyənləşdirib. Rəyi soruşulanların əksəriyyəti rahatlığı hər şeydən üstün tutub. 97 faiz mobil ödənişlərdən onların rahatlığına görə istifadə etməsini, 87 faiz ödənişi düyməni bir dəfə basmaqla etməyin xoş olmasını, 84 faiz fərdiləşmiş təkliflər almaq arzusunda olmasını bildirib.
 
Əldə olunan məlumatlar bir yenilikdən - rahatlıqdan xəbər verir. Dünya birliyində texnologiyanın uğuru istifadənin asan olmasından asılıdır. Bunun sayəsində texnologiya populyarlıq qazana bilər, əks halda, istifadəçilər daha operativ platforma axtaracaq.  
 
Pərakəndə satışla məşğul olanlar texnologiyaların tətbiqini və inkişafının zəruriliyini yaxşı anlayır. Onların əksəriyyəti xidmətdə “omni” kanal yanaşmasını getdikcə daha çox təklif edir. Bunun nəticəsində istifadəçilər malları oflayn mağazalarda və ya internetdə ala, eləcə də alışa bir qurğuda başlaya, digərində davam etdirə bilərlər. 
 
Məlumata görə, rəyi soruşulan alıcıların 63 faizi alışı məhz bu şəkildə həyata keçirir. Pərakəndə satıcılar müəyyən edilən tendensiyanı nəzərə almalı və elektron ticarətin inkişafı üçün müasir texnologiyaları tətbiq etməlidirlər, - "Payspacemagazine” yazır.



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024