12px13px15px17px
Tarix:12/05/15

"NASA” Nepalda insan həyatının xilası üçün yeni texnologiyanı sınaqdan keçirib

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) və ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən hazırlanan yeni texnologiya aprelin sonunda Nepalda baş vermiş güclü zəlzələdən sonra dağıntılar altında qalan dörd insanın həyatını xilas etməyə imkan verib.
 
İnsanları ürək döyüntüsünə görə aşkar edən “FINDER” (Finding Individuals for Disaster and Emergency Response - fövqəladə vəziyyət və ya təbii fəlakət nəticəsində insanların axtarışı) cihazlarının prototipləri təbii fəlakətdən dərhal sonra ölkəyə gətirilib və ilk dəfə səhra şəraitində istifadə olunub.
 
2013-cü ildə hazırlanan texnologiya insanın dağıntılar altında yerin 9, beton altında 6 və açıq yerdə 30 metrədək dərinliyində ürək döyüntüsünü aşkar etmək üçün mikrodalğalı radardan istifadə edir.   
 
Nepalda baş verən zəlzələ nəticəsində 7,7 mindən çox insan həyatını itirib, yüz minlərlə ev dağılıb, - "Hi-News” yazır.



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024