12px13px15px17px
Tarix:13/05/15

Rusiya və Çin informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair saziş imzalayıb

Çin Xalq Respublikasının sədri Si Tsin Pinin Moskvaya səfəri zamanı Rusiya və Çin xarici işlər nazirləri Sergey Lavrov və Van İ beynəlxalq informasiya təhlükəsizliyinin təmini sahəsində saziş imzalayıblar.
 
Saziş ilk növbədə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində dövlətlərin daxili işlərinə müdaxilə, suverenitet, siyasi və iqtisadi sabitliyin pozulması, millətlərarası və dinlərarası düşmənçiliyin qızışdırılması kimi təhlükəli təhdidlərə birgə reaksiyanı nəzərdə tutur.
 
Sənəddə həmçinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində mövcud potensial risklər və təhdidlər haqqında məlumat mübadiləsi, sahə üzrə beynəlxalq hüquqi əməkdaşlıq bazasının təkmilləşdirilməsi ilə bağlı fəaliyyət, lazımi birgə etimad tədbirlərinin işlənilməsi və həyata keçirilməsi öz əksini tapıb.   
 
Sazişin əsas istiqamətləri kimi beynəlxalq informasiya təhlükəsizliyinin təmini ilə bağlı məsələlər üzrə birgə elmi tədqiqatların aparılması, sahə üzrə birgə mütəxəssis hazırlığı, eləcə də tələbə, aspirant və müəllim mübadiləsi qeyd olunur, - "SecurityLab” yazır.



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024