12px13px15px17px
Tarix:13/05/15

Rus forumlarına daxil olan Azərbaycanın internet istifadəçiləri ehtiyatlı olmalıdır

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) beynəlxalq “hörümçək toru”ndan kompüterlərə “yoluxan” növbəti virusla bağlı məlumat yayıb.
 
KİMM-in məlumatında bildirilir ki, avtomatik rejimdə viruslar yaradan alətlər qutusu müəyyən olunub. “FireEye” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilən alətlər qutusu internet istifadəçilərinə böyük problemlər yaradır. “FireEye”nin mütəxəssisləri əmindirlər ki, onların 2014-cü il dekabr ayından analiz apardıqları bir sıra zərərverici tətbiqetmələr insan müdaxiləsi olmadan “Microsoft Word Intruder”in yığım alətlərinin (tools) köməyilə hazırlanıb.

 Ehtimal olunur ki, bu alət rus hakerləri tərəfindən hazırlanıb.
 
Qeyd edək ki, bu proqram rusdilli gizli forumlarda yayılmağa başlayıb. Ona görə  hazırda bütün dünya hakerləri arasında o qədər də populyarlıq qazanmayıb. KİMM-dan bildirilib ki, “Microsoft Word Intruder” müəllifi, “Objekt” təxəllüsü  altında gizlənən şəxs öz hazırladığı alətlər üçün 2-3,5 min $ tələb edir.
 
 
Azərbaycandan olan internet istifadəçiləri arasında rus forumlarına daxil olanların sayı kifayət qədər böyükdür. Bu baxımdan onlar da öz ehtiyatlarını əldən verməməlidirlər.
 
 
SEYMUR



Baxış sayı: 561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024