12px13px15px17px
Tarix:14/05/15

Messencerlər sosial şəbəkələri məhv edir

Rusiyanın ən tanınmış internet sahibkarı Pavel Durov bu günlərdə “TechCrunch” nəşrinə müsahibəsində deyib ki, “Telegram” messencerinin aylıq auditoriyası 62 milyon olub, bu messencer üzərindən göndərilən mesajların sayı isə 2 milyarda çatıb.
 
Durov bildirib ki, bu, əla göstəricidir.
 
Qeyd edək ki, başqa ani mesaj xidmətlərində daha sürətli artım qeydə alınıb. Belə ki, 2014-cü ilin yazında “Facebook” şirkəti tərəfindən 19 milyard dollara satın alınmış “WhatsApp” ötən il ərzində abunəçilərinin sayını 450-dən 800 milyonadək artırıb.
 
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin son üç ayında “Viber”in aktiv istifadəçilərinin sayı 15 faiz yüksələrək 2015-ci ilin fevralında 236 milyona çatıb. “Viber” messencerində 516 milyon istifadəçi qeydiyyatdan keçib.
 
Məlumdur ki, messencerlər sosial şəbəkələrdən əvvəl də mövcud olub. Məsələn, indiyədək mövcud olan və indi “Mail.Ru Group”un tərkibində kifayət qədər uğurla inkişaf edən "ICQ" 1996-cı ilin sonunda yaradılıb, “WhatsApp” messencerinin istifadə etdiyi “Jabber” (indi “XMPP”) açıq protokolu üzərində işlərə 1998-ci ildə başlanılıb. Ancaq sosial şəbəkələrin inkişafı ilə əlaqədar “ICQ” haqda müəyyən müddət unudublar.
 
Smartfonların yaranması və genişzolaqlı mobil internetə çıxış ani mesaj xidmətlərinin sürətli inkişafına təkan verib. Belə demək olar ki, ilk “iPhone” smartfonunun çıxarılması yeni messencer erasının başlanğıcı olub.
 
Bu halda sosial şəbəkələr öz bazarını itirməmək üçün uğurlu yeni layihələr satın almaq məcburiyyətində qalıb.
 
Emil Hüseynov
 
 
 
 
 
 



Baxış sayı: 316

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye