12px13px15px17px
Tarix:14/05/15

İnternet istifadəçilərinin 80 faizi potensial haker qurbanıdır

İnternet istifadəçilərinin 80 faizi adi elektron məktubu haker bildirişlərindən (fişinq) seçə bilmir. Bu bildirişlərlə düzgün davranmadıqda kompüterin işində nasazlıq yarana, eləcə də ödəniş rekvizitləri və digər fərdi məlumatların sızması baş verə bilər.
 
“Intel Security” şirkəti tərəfindən aparılan tədqiqata görə, respondentlərin yalnız 3 faizi elektron poçta zərərli bildirişin daxil olmasını dəqiqliklə müəyyənləşdirə bilir. Onlayn təhlükəsizlik məsələlərindən daha yaxşı xəbərdar olanlar 35-44 yaş qrupunun nümayəndələridir. Onlar kibertəhlükəsizliklə əlaqədar sualların 68 faizi düzgün cavab verib.
 
Poçtda fişinq məktubların aşkarlanmasında ən böyük çətinliklərlə 18-55 yaşlı qadınlar rastlaşır. Kişilər ümumilikdə özlərini hakerlərdən qadınlara nisbətən daha yaxşı qoruyur.
 
Elektron poçtda kibertəhdidləri daha yaxşı Fransa, İsveç, Macarıstan, Niderland və İspaniya sakinləri seçir. Amerikalılar bu reytinqdə 28-ci yeri tutur. Bununla yanaşı, Nyu-York və Kaliforniyada kibersavadlılıq göstəricisi ölkə üzrə orta səviyyədən aşağıdır, - "Payspacemagazineyazır.



Baxış sayı: 518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024