12px13px15px17px
Tarix:14/05/15

“Windows 10” əməliyyat sisteminin versiyalarının adı bəlli olub

“The Verge” nəşri yazır ki, “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin bütün versiyalarının adını və məzmununu dərc edib.
 
“Windows 10 Home” (Ev) – fərdi kompüterlərin əksəriyyəti, noutbuk, hibrid qurğular və planşetlər üçün əlçatan olacaq əməliyyat sisteminin istehlak versiyasıdır. Yeni əməliyyat sisteminin bütün əsas imkanlarını özündə birləşdirir: yeni “Microsoft Edge” brauzeri, “Windows Hello” sifətin tanınması sistemi, daxili universal proqramlar və sairə.
 
“Windows 10 Pro” (Peşəkar) versiyasında ev redaksiyasının bütün funksiyalarından əlavə şəbəkə imkanı olacaq.
 
“Windows 10 Enterprise” (Korporativ) “Windows 10 Pro” sisteminə əsaslanır, amma sistemin təhlükəsizliyinin təmini üçün daha yüksək tələblərə malikdir.
 
“Windows 10 Education” versiyası korporativ redaksiyaya əsaslanır, amma onun hazırlanması zamanı təhsil müəssisələrinin müxtəlif tələbləri nəzərə alınıb.
 
Bundan başqa, “Microsoft” korporasiyası “Windows Phone” mobil versiyasının adını dəyişdirməyə qərar verib: smartfonlar üçün yeni əməliyyat sistemi “Windows 10 Mobile” adlandırılıb.
 
2015-ci ilin yayında “Windows 10” əməliyyat sisteminin 190 ölkədə çıxarılması nəzərdə tutulub, ancaq dəqiq tarix hələ ki bilinmir.
 
Emil Hüseynov
 



Baxış sayı: 843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024