12px13px15px17px
Tarix:14/05/15

Azərbaycanda “İKT-də qızlar günü”nün qeyd olunması ilə bağlı BTİ-nin rəsmi saytında informasiya yerləşdirilib

Azərbaycanda beynəlxalq “İKT-də qızlar günü”nün qeyd olunması ilə bağlı informasiya Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) rəsmi saytında - “İKT-də qızlar” portalında yerləşdirilib.
 
BTİ-nin saytında qeyd olunur ki, bu əlamətdar gün münasibətilə Azərbaycan Qadınlarının İKT Klubu (FEMMES DIGITALES) Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universiteti, Təhsil Nazirliyi və Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) ilə sıx əməkdaşlıq çərçivəsində “Azərbaycanın rəqəmli qızları: İKT sahəsinin qadınların həyatında rolu” mövzusunda konfrans təşkil ediblər.
Məlumata görə, konfrans zamanı əsas müzakirələr Azərbaycanın qız və qadınları arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi haqqında məlumatlılıq səviyyəsinin artırılması və sahəyə marağın stimullaşdırılması, gənc qızları gələcəkdə karyeranı İKT sektorunda qurmağa həvəsləndirmək, yerli İT şirkətləri ilə qızlar üçün karyera imkanlarının yaradılması haqqında dialoq kimi məsələlər ətrafında aparılıb. 
Məlumatda qeyd olunur ki, tədbir çərçivəsində planlaşdırılan ayrıca sessiya çərçivəsində iştirakçılar ölkənin qabaqcıl şirkətlərində rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərin həyatı ilə tanış olublar, eləcə də İT startaplar sahəsində uğura nail olma yolları haqqında informasiya əldə ediblər.
 
Qeyd etmək lazımdır ki, beynəlxalq “İKT-də qızlar günü” BTİ-yə üzv ölkələrin qız və qadınları İKT sahəsində peşə seçiminə sövq edən qlobal şəraitin yaradılması üzrə Səlahiyyətli Konfransda 70 saylı qətnamə ilə dəstəklənən bayramdır. Beynəlxalq “İKT-də qızlar günü” hər il aprelin dördüncü həftəsində qeyd olunur. Tədbir İKT, təhsil, əmək, gənclər sahəsi üzrə nazirliklər, İKT məsələləri üzrə milli tənzimləyici orqanlar, İKT məsələləri ilə məşğul olan şirkətlər, akademik təşkilatlar, BMT, QHT-nin müvafiq təsisatları və digər maraqlı şəxslər tərəfindən təşkil olunur. BTİ baş katibi təşkilata üzv dövlətləri tədbirləri çoxlu qız və gənc qadınları cəlb etməklə təşkil etməyə səsləyir. 



Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Aprel 2020

04 04 2020

04/04/20
Hətta ictimai yerlərdə “Wi-Fi” siqnalının sürətini 2 dəfə artıracaq “ağıllı” cihaz təqdim olunub

Amerikalı alimlər “Wi-Fi” siqnalının sürətini bir neçə dəfə gücləndirə bilən 

04/04/20
2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

2020-ci ildə mobil telefonların qlobal satış həcmi 13% azalacaq

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.