12px13px15px17px
Tarix:15/05/15

İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş təlimlər keçirilib

“İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” mövzusunda təlimlər keçirilib.
 
Təhsil Nazirliyi və İnnovativ Texnologiyalar Təşkilatı arasında imzalanmış müqaviləyə əsasən keçirilən təlimlərdə Bakı şəhərində yerləşən məktəblərin ibtidai sinif müəllimləri və inzibati heyəti iştirak edib. Nazirlikdən bildirilib ki, ilkin olaraq ibtidai sinif müəllimləri və inzibati heyət diaqnostik qiymətləndirmədən keçiblər.
 
Diaqnostik qiymətləndirmədə az bal toplamış müəllimlər və inzibati heyət təlimlərə cəlb olunub.
 
Təlimlərin birinci mərhələsində 742 müəllim və inzibati işçi iştirak edib və onlardan 584 nəfəri imtahandan keçərək sertifikata layiq görülüb.
 
Yekun imtahanda yüksək bal toplamış iştirakçılara, eyni zamanda diaqnostik qiymətləndirmədə yüksək bal toplamış müəllim və inzibati işçilərə Təhsil Nazirliyi tərəfindən kompüter və prometan lövhələrin verilməsi nəzərdə tutulub.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024