12px13px15px17px
Tarix:15/05/15

Bölgələrdə elektron hökumətin təbliği məqsədi ilə seminarlar keçirilir

Azərbaycanın bölgələrində elektron hökumətin təbliği və elektron xidmətlərə edilən müraciətlərin sayını artırmaq məqsədi ilə seminarlar həyata keçirilir.
 
Növbəti seminar Lənkəranda baş tutub. İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə gənclər üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.
 
 
Cənub şəhərinin gənclərinə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “www.icazeler.gov.az”, “www.b2b.az” elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə ətraflı məlumat verilib.
 
 
Tədbir iştirakçılarına biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.
 
 
Seminar çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
 
 
 
SEYMUR
 



Baxış sayı: 583

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024