12px13px15px17px
Tarix:16/05/15

"Netflix" Çin bazarına daxil olur

"Netflix  İnc"  videoyayım  şirkəti "Wasu  Media  Holding  Co"   və  başqa  potensial  tərəfdaşlarla inkişafda  olan  Çinin  onlayn  videobazarına   daxil  olmaq  üçün danışıqlar  aparır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, "Netflix"    mobil  telefonlar, kompüterlər  və  oyun  konsolları  daxil olmaqla bütün  cihazlarda kontentə   lisenziyası  olan  tərəfdaşlar axtarır.
 
"Netflix"   bu  yaxınlarda   xəbər  verib ki, dünyanın  ən  çoxsaylı əhalisi olan  ölkəsi   Çində  fəaliyyət   göstərməyə icazə   ala  bilsə,  xidmətlərini genişləndirməyi planlaşdırır. Çin  istehlakçıları   çox vaxtı   reklamlarla, piratlarla  dəstəklənən və adətən  ödənişsiz  olan mediaya  üstünlük  verir.
 
Lokal  tərəfdaşlıq onlayn  kontenti   lisenziya  ilə təmin  etməkdə Çin  hökumətinə  ciddi   nəzarət imkanı verəcək.  
 
Keçən  ay,  "Wasu  Media"   xəbər  verib ki,  "Alibaba  Group"  şirkətinin  təsisçisi  Cek Ma  və  başqa  tərəfdaşlar şirkətin 20 faiz  payına sahib olmaq üçün   1 milyard  dollar  ödəyəcəklər.
 
Aynur Vəliyeva   



Baxış sayı: 501

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024