12px13px15px17px
Tarix:17/05/15

“ICT News” 4 yaşını qeyd edir

Düz 4 il əvvəl  onlayn xəbər xidməti kimi meydana gələn "ICT News" bu gün öz ad gününü qeyd edir.


İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ölkəmizdə və dünyada baş verən ən son yeniliklərlə bağlı gündəlik xəbərlər, həmçinin sektor üzrə ən son hadisələri özündə ehtiva edən reportajlar, araşdırmalar, analitik yazılar, müsahibələr və digər informasiya janrlarında operativ məlumatlar təqdim etmək məqsədilə yaradılan xəbər xidməti 4 illik fəaliyyəti dövründə qarşısına qoyduğu bu vəzifələrin öhdəsindən layiqincə gəlib.





Hazırda onlayn mediada öz yerini möhkəmləndirməkdə davam edən saytda Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, baş verən yeniliklər, mövcud problemlər, respublikanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı, beynəlxalq rabitə sistemi, İKT sahəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar, forumlar və digər tədbirlər haqqında müəllif yazılarını və digər aktual məsələləri əhatə edən mütəxəssis yazılarını oxumaq mümkündür.
 
Məqsədimiz Sizi müasir informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən ən son yeniliklərdən birinci xəbərdar etməkdir!




Baxış sayı: 1610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024