12px13px15px17px
Tarix:18/05/15

Azərbaycanla Ukrayna arasında İKT üzrə əməkdaşlıq planı hazırlanacaq

Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq üzrə birgə dövlətlərarası komissiya çərçivəsində İKT sahəsi üzrə  ekspertlərin məsləhətləşmələri keçiriləcək.
 
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda səfirlik iqtisadi əməkdaşlıq üzrə  dövlətlərarası komissiyanın növbəti iclasına hazırlaşır.
 
“Ukraynanın yüksək texnologiyalar, kosmik sənaye, aviasiya texnikası, nüvə texnologiyaları sahələrində işlər görülür və komissiya çərçivəsində əməkdaşlığın ən effektiv istiqamətlərini aşkar etmək məqsədi ilə İKT sahəsi ekspertlərinin məsləhətləşmələrinin təşkili nəzərdə tutulub. Bu yaxınlarda biz Ukraynanın “Romsat” şirkətinin Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində təqdimatını keçirmişik. Nazirliyin fəaliyyətində müşahidə olunan aktivlik bizim üçün çox sevindirici haldır və ümid edirik ki, Ukrayna şirkətlərinin təqdim etdiyi xidmət və məhsullarına yerli layihələrdə tələbat olacaq”, - deyə səfir qeyd edib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024