12px13px15px17px
Tarix:18/05/15

ADİU kompüter, avadanlıqlar və antivirus proqramları alır

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) kompüter, avadanlıqlar və antivirus proqramları alır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə universitetin saytında elan yerləşdirilib.
 
Elanda qeyd olunur ki, Azərbaycan Dövlət İqtisad Universiteti “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi”  “Tempus”  layihəsi çərçivəsində müvafiq kompüter və avadanlıqların, eləcə də antivirus proqramlarının alınması məqsədi ilə kotirovka  sorğusu elan edir.
 
Kotirovka sorğusunda iştirak üçün sənədlər  mayın 20-si saat 12:00-dək qəbul olunur.
 
Zərflərin açılışı  həmin gün saat 15:00-da əsas tədris binasında keçiriləcək.
 
CAHANGİR



Baxış sayı: 2386

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024