12px13px15px17px
Tarix:18/05/15

2017-ci ildə evlərə 100 meqabitlik internet çəkiləcək

Çinin üç aparıcı mobil rabitə operatoru istehlakçılar üçün genişzolaqlı internet tariflərini azaldıb.
 
Bildirilir ki, Çində 649 milyon internet istifadəçisi var. Bu, dünya ölkələri arasında ən yüksək göstərici olsa da, Çin üçün əhalinin təxminən yarısı deməkdir. “Akamai Technologies” şirkətinin məlumatına görə, ölkədə internetə orta çıxış sürəti 3,4 Mbit/saniyəyə çatdığı halda ABŞ-da bu göstərici 11,1 Mbit/saniyə təşkil edir. Sürəti kəskin artırmaq üçün Çin hökuməti zəruri tədbirlər həyata keçirməyi planlaşdırır.

Belə ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, 2017-ci ilin sonunadək ölkədə əksər evlər internetə 100 meqabitlik kanal vasitəsilə daxil ola biləcək. Belə kanallar isə Çində çox bahadır. Məsələn, "China Telecom” hazırda 100 Mbit/saniyə sürətlə çıxışı illik 3 min yuan (493 dollar) tariflə təqdim edir.

Lakin indi operator tarifi minimum 30 faiz azaltmağı düşünür. 2017-ci ilin sonuna şəhər yerlərində orta sürətin 100 Mbit/saniyəyədək, kənd yerlərində 20 Mbit/saniyəyədək artacağı gözlənilir.    
 
Çinin rabitə operatoru məlumatların ötürülməsi tariflərini də yarıbayarı aşağı salır, - "Computerworld” yazır.



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024