12px13px15px17px
Tarix:18/05/15

Avropa rabitə operatorları mobil reklamı bloklayacaq

Avropa mobil rabitə operatorları şəbəkədə reklamın göstərilməsini blok edəcək proqram təminatını aktivləşdirməyi planlaşdırır.

İsrailin “Shine” şirkəti tərəfindən yaradılan və məlumat emalı mərkəzlərində quraşdırılan proqram internet və əlavələrdə elanların göstərilməsinə imkan verməyərək "Twitter” və “Facebook” kimi sosial şəbəkələrdə istifadə olunan axınlı elanlara təsir göstərmir.
 
Avropa mobil rabitə operatorlarından birinin rəhbəri bu məlumatı "Financial Times” nəşrinin jurnalistlərinə təsdiq edib. O, həmçinin qeyd edib ki, reklamın bloklanması istifadəçilər üçün mütləq olmaya bilər, lakin şirkət ümumilikdə şəbəkədə reklamın söndürülməsini nəzərdən keçirir.
 
Bu tədbirlər “Google” şirkətinin Avropada reklamdan gəlirinin azaldılmasına yönəlib. Provayderlər rəqəmli media şirkətlərinin yüksəksürətli şəbəkələrin tikintisinə və dəstəklənməsinə aid infrastrukturun maliyyələşdirilməsində iştirak etmələrini istəyir. Həmçinin qeyd olunur ki, şirkətlər “Google”u danışıqlar masası arxasına əyləşdirmək üçün onun elanlarını bir saatlıq və ya bir günlüyə bağlaya bilərlər.  
 
Britaniyanın “Juniper Research” şirkətinin proqnozuna görə, 2015-ci ildə mobil reklam xərcləri 51 milyard dollara, 2019-cu ildə 105 milyard dollara çatacaq. “eMarketer” şirkəti isə cari ildə reklam xərclərinin 69 milyard dollar təşkil edəcəyini gözləyir, - "Searchengines yazır.



Baxış sayı: 1008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024