12px13px15px17px
Tarix:19/05/15

ABŞ Prezidentinin "Twitter” hesabına bir günə 1,5 milyon istifadəçi abunə olub

 ABŞ Prezidenti Barak Obamanın "Twitter" mikrobloqlar servisindəki hesabına bir günə 1,34 milyon istifadəçi abunə olub.
 
Bildirilir ki, "@potus" (President Of The United States) hesabı mayın 18-də yaradılıb. Gün ərzində ABŞ dövlət rəhbəri üç məlumat yazıb və digər 65 hesaba abunə olub.
 
"Salam Twitter! Bu, Barakdır. Həqiqi! Altı ildir dövlət başçısı vəzifəsindəyəm və yalnız indi mənə şəxsi hesab veriblər", - prezident ilk məlumatında yazıb.
 
Bundan əvvəl ABŞ Prezidentinin 60 milyon nəfərin abunə olduğu "@BarakObama" hesabı fəaliyyət göstərib. Onun fəaliyyəti ABŞ Prezidenti Administrasiyasının əməkdaşları tərəfindən tənzimlənib, lakin bəzən dövlət başçısı özü də orada məlumatlar yazıb, - "Vesti" yazır. 
 



Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024