12px13px15px17px
Tarix:19/05/15

Viki-mühitdə informasiya müharibəsi texnologiyaları üzrə tədqiqatlar aparılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) viki-mühitdə informasiya müharibəsi texnologiyaları üzrə tədqiqatlar aparılır. İTİ-dən qeyd edilib ki, bu mövzuya həsr olunmuş növbəti elmi seminarda institutun sektor müdiri İradə Ələkbərova “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” adlı tədqiqatlardan söz açıb.
 
Müəllifin sözlərinə görə, aparılan işin məqsədi internet məkanında Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətlərin qorunması və viki-mühitdə reallaşdırılan informasiya müharibəsi texnologiyalarının avtomatik aşkarlanması və analizi məqsədilə metod və alqoritmlərin işlənməsidir.
 
Qeyd edib ki, viki-mühitdə multimedia resurslarından informasiya təsirində effektiv istifadə olunması üçün metod və alqoritmin işlənilmiş və təklif edilən metod və alqoritmlər eksperimental yoxlanılıb.
 
 
 Məruzəçi “Vikipediya”da Azərbaycan reallıqları və milli-mənəvi dəyər daşıyıcıları olan informasiya resurslarının azlığı və ya həqiqətləri əks etdirməməsi, viki-mühitdə Azərbaycanın milli maraqlarının qorunmasında müşahidə olunan pərakəndəlik və s. kimi amillərin tədqiqatın aktuallığını xarakterizə etdiyini dilə gətirib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024