12px13px15px17px
Tarix:19/05/15

Cari ilin yayında “IPv4” ünvanları tükənəcək

Məlum olduğu kimi, hər bir kompüter, smartfon, planşet, router, modem, hətta printer “IP” ünvana (şəbəkədə qurğunun unikal identifikatoru) malikdir. Ən geniş yayılmış “IP” ünvan standartı dördüncü versiya protokoludur (“IPv4”).

Problem odur ki, belə ünvanların sayı məhduddur və tezliklə bitəcək. “Wall Street Journal” yazır ki, Avropa və Asiyada “IPv4” artıq bitib, cari ilin sonunda isə ABŞ-da bitəcək.

"ICTnews" elektron xəbər xidməti “telekomza.ru” saytına istinadən bildirir ki, problemin həlli üçün standartın yeni versiyasına (“IPv6”) keçmək lazımdır, ancaq bir çox şirkət və təşkilatlar bu prosesi uzadır. Bunun üçün yeni şəbəkə marşrutlayıcıları və kommunikatorlar satın almaq lazımdır ki, hələ ki veb-sayt sahiblərinin yalnız 9 faizi bunu edib. Məsələn, “Facebook” sosial şəbəkəsi artıq öz istehsal obyektlərinin 90 faizini “IPv6” versiyasına keçirib.

ABŞ-da ünvan çatışmazlığından yaranan problem Avropa və Asiyadakı müvafiq problemlə müqayisədə bütövlükdə internetə daha ciddi təsir göstərə bilər, çünki internet bazarının bir çox əsas iştirakçıları ABŞ-da fəaliyyət göstərir. Analitiklər hesab edir ki, ən çox “bulud” və başqa nəhəng xidmətlərin tədarükçüləri riskə məruz qalacaq. Onlar böyük xərclər və gözlənilməz texniki problemlərlə üzləşməli olacaq, əks halda xidmət göstərilməsini dayandırmalıdırlar.

Emil Hüseynov
 



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024