12px13px15px17px
Tarix:19/05/15

Atletlər kəndində yeni poçt şöbəsi istifadəyə verilir

Azərbaycan  "Bakı-2015" Avropa Oyunlarında iştirak etmək üçün Bakiya gələcək idmançıların rahatlığı üçün bütün zəruri tədbirlər həyata keçirib. Ən yüksək tələblərə cavab verən müasir idman arenaları ilə yanaşı, idmançıların qalması üçün nəzərdə tutulan Atletlər kəndində bütün işlər ən incə detallarına qədər nəzərə alınıb.
 
Atletlər kəndi idmançıları və komanda rəsmilərini təhlükəsiz, rahat, mehriban və stressdən kənar yaşayış mühiti ilə təmin edəcək. "Evdən kənar ev" sayılacaq bu məkan yarışlara və hazırlıqlara diqqəti cəmləyə bilmək və oyunlardan zövq almaq üçün iştirakçılara yaxşı imkan yaradacaq. Bu imkanların daha da mənalı edilməsi məqsədilə  burada onların bütün televiziya kanallarına baxmaq, sürətli internet xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə bütün texniki işlər həyata keçirilib. Bütün idman arenaları, o cümlədən Atletlər kəndinə optik kabellər çəkilib. Burada şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətlərindən istifadə üçün müasir taksofon aparatları da qurulub.
    Bundan başqa atletlərin informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi ilə yanaşı, onların poçt rabitəsi xidmətlərindən yararlanması üçün bir neçə günə ərazidə müasir poçt şöbəsi də istifadəyə veriləcək. Poçt şöbəsində idmançılara bütün poçt xidmətləri göstərilməsinə imkan yaradılacaq. Şöbə müasir avadanlıq və mebellərlə təmin ediləcək. Artıq poçt şöbəsinin yerləşəcəyi otaqda son tamamlanma işləri aparılır.
 
    Qeyd edək ki, Atletlər kəndi yeni tikilən 8-13 mərtəbəli 13 binadan ibarətdir. Hər binanın birinci mərtəbəsində ümumi istirahət mərkəzi yaradılıb. İyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil edilib. On yeddi gün ərzində Avropadan 6 mindən çox idmançı yarışların mükafatları uğrunda mübarizə aparacaq. İdmanın 12 növü üzrə 2016-cı ildə keçiriləcək Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq. Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitəsi tərəfindən 2012-ci ilin dekabrında həvalə olunub.
 
RƏVAN


 
 
 
 
 



Baxış sayı: 895

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Avqust 2019

22 08 2019

22/08/19
Mühəndislər insan gözündən daha üstün olan elektron linzalar hazırlayıblar

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt 

22/08/19
Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib

“Xiaomi” şirkəti elektron qələmlə təchiz edilən və təkrar enerji toplamadan 1 il işləyən “Mijia LCD Digit

22/08/19
“Volocopter” şirkəti uçan taksi təqdim edib

Almaniyanın “Volocopter” startapı kommersiya istifadəsi nəzərdə tutulmuş üçün öz ilk hazırlamasını – &ld

22/08/19
Çində Ümumdünya Robotlar Konfransı keçirilir

Avqustun 20-25-də Pekində keçirilən Ümumdünya Robotlar Konfransında ən müasir texnologiyalar təqdim edilir.

22/08/19
“Samsung” şirkəti OLED ekranlı ilk televizorlar buraxacaq

“Samsung Electronics” şirkətinin “Samsung Display” törəmə müəssisəsi maye-kristal panellərin istehsalını

22/08/19
Süni intellekt “Gmail” xidmətində istifadəçilərin qrammatik səhvlərini düzəldəcək

“Google” şirkəti “Smart Reply” adlı süni intellekt texnologiyasını “Gmail” elektron məktublar xidmətinə

22/08/19
“OnePlus” televizorlarının təqdimat tarixi məlum olub

“OnePlus” şirkətinin baş direktoru Pit Lo “Business Insider” resursuna müsahibədə “ağıllı” televizorlar

22/08/19
“Apple” şirkəti “iPhone 12” üçün Çinin OLED displeylərini sınaqdan keçirməyə başlayıb

“Apple” korporasiyası “iPhone 12” üçün Çinin “BOE Technology Group” şirkətinin isteh