12px13px15px17px
Tarix:19/05/15

Lənkəranda yeni poçt agentliyi yaradılıb

 “Azərpoçt” MMC tərəfindən iş yerlərinin yaradılması, poçt şöbələri üçün binaların tikilməsi, yeni poçt şöbələrinin açılması, estetik vəziyyətinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin və tezliyinin artırılması istiqamətində müəyyən işlər yerinə yetirilməkdədir.

Əvvəllər böyük bir ərazini əhatə edən bəzi yaşayış məntəqələrində poçt şöbələri olmayıb. Əhali poçt xidmətlərindən yararlanmaq üçün rayon mərkəzlərinə və ya qonşu kəndlərə getməli olurdular.
 

Görülmüş işlərin davamı olaraq bir sıra poçt filiallarının xidmət ərazilərində yeni poçt şöbələri və poçt agentlikləri əhalinin istifadəsinə verilib. “Azərpoçt” MMC-dən verilən məlumata görə, yeni poçt agentliyi Lənkəranın Tükəvilə kəndində yaradılıb. Yeni poçt agentliyində sakinlərə bütün poçt xidmətləri göstərilir.


RƏVAN



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024