12px13px15px17px
Tarix:21/05/15

Elektron dərslik portalına yeni dərsliklər əlavə edilib

Təhsil Nazirliyinin elektron dərslik portalına yeni dərsliklər əlavə edilib. Artıq istifadəçilər 6 və 7-ci sinif rus dili dərsliklərini və 8-ci sinif Qarabağ Tarixi kitabını portalı vasitəsilə öz planşet və ya kompüterində rahat şəkildə oxuya bilərlər. Nazirlikdən qeyd edilib ki, təhsil sisteminin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır.
 
 Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır, onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkan verir. Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.
 
Elektron dərsliklərin əsas üstünlüklərinə müxtəlif istifadə formatları – onlayn və ya oflayn rejimdə; kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının mövcudluğu; əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri; böyük həcmli məlumatların saxlanması; mobillik – hər yerdə və hər zaman; mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü ; rahat istifadə - axtarış sisteminin mövcudluğu daxildir.
 
  Elektron dərslik (e-dərslik) portalı şagirdlərin elektron dərsliklərdən rahat istifadə etməsi məqsədilə hazırlanıb. Portaldan istifadə qaydalarına gəlincə, elektron dərslikləri şagirdlər həm onlayn olaraq portal daxilində onlayn rejimdə, həm də öz fərdi kompüterlərinə yükləyərək oflayn rejimdə, istədikləri vaxt və məkanda istifadə edə bilərlər. Bundan əlavə, yaradılmış elektron dərslikləri planşetlər vasitəsilə də rahat istifadə etmək mümkündür.
 
Bunun üçün portala qeydiyyat, portala daxil olmaq, kitablardan istifadə qaydası, şəxsi kompüterdə dərslikdən istifadə qaydası, “ePub” istifadəsi, “iOS” planşetlərdə (iPad) “epub” kitabdan istifadə etmək, digər istifadəsi qaydası, “Android” planşetlərdə “epub” kitabdan istifadə etmək kimi mərhələlər nəzərdə tutulur.
 



Həqiqət İSABALAYEVA



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024