12px13px15px17px
Tarix:21/05/15

2020-ci ilədək dünyanın 93 ölkəsi tam rəqəmli televiziya yayımına keçəcək

2020-ci ilədək rəqəmli televiziya xidmətlərinə qoşulmuş dünya ev təsərrüfatının sayı 180 faiz yüksələrək 1 milyarda yaxınlaşacaq. “Digital TV Research” analitik şirkətinin 138 ölkə üçün hesablanmış proqnozuna görə, yalnız 2015-ci ildə yeni qoşulmaların sayı 134 milyon təşkil edəcək.

"ICTnews" elektron xəbər xidməti “tgdaily.ru” saytına istinadən bildirir ki, 2020-ci ilədək dünyanın 93 ölkəsi rəqəmli televiziya yayımına tam keçəcək. Dünyanın təqribən 124 ölkəsində rəqəmli televiziyanın nüfuzetmə göstəricisi 90 faizdən çox təşkil edəcək.

Asiya-Sakit okean regionunda rəqəmli televiziya xidmətlərindən istifadə edən ev təsərrüfatlarının sayı 2010-2020-ci illərdə 400 milyon artacaq. 2014-dən 2020-ci ilədək 608 milyon yeni qoşulmanın 66 faizi bu regionun payına düşəcək.

Müvafiq dövrdə Afrika regionunda rəqəmli televiziya istifadəçilərinin bazası iki dəfə artacaq. Latın Amerikası ölkələrində, həmçinin iki dəfə artacaq.

2020-ci ilə Çində rəqəmli televiziyaya qoşulmuş ev təsərrüfatlarının sayı 454 milyona çatacaq ki, bu da dünya bazarının 27 faizi deməkdir və nəticədə bu ölkə birinci yeri tutacaq. Hindistan artıq 2015-ci ildə bu göstərici üzrə ABŞ-ı geridə qoyacaq.

Rəqəmli televiziyaya qoşulmuş ev təsərrüfatının sayına görə dördüncü pillədə Braziliya (63.5 milyon) yer alacaq. İlk onluğa, həmçinin Rusiya, Yaponiya, İndoneziya, Almaniya, Meksika və Fransa daxil ediləcək.

Emil Hüseynov
 



Baxış sayı: 1038

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024