12px13px15px17px
Tarix:21/05/15

İkiqat biometrik şifrlərdən istifadəyə start verilir

ABŞ-ın “Mountain America Credit Union” bankı smartfon istifadəçiləri üçün yeni autentifikasiya sistemini istifadəyə verib. Bank bir bioloji markerə (məsələn, barmaq izi) əsaslanan biometrik mühafizədən imtina edib.
 
Bank rəhbərliyi öz mobil proqramında bütün maliyyə əməliyyatlarını ikiqat biometrik vasitələrlə mühafizə etməyə qərar verib.
 
İndi mobil bankçılıqda hesaba daxil olmaq üçün istifadəçi barmağını və ya gözün torlu qişasını skaner etməlidir.
 
"Barmaq izi üzrə identifikasiya smartfona quraşdırılmış daxili ötürücü ilə həyata keçirilir. Məsələn, “iPhone” və “Samsung”un son modelləri artıq belə ötürücülərə malikdir. Ötürücü barmaq izini skan edərək onu riyazi koda çevirir. Bu kod mobil qurğuda saxlanılır və hər sonrakı skan zamanı müqayisə üçün istifadə olunur" – bankın nümayəndələri bildirib.
 
"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, istifadəçilər daha rahat giriş üçün qurğunun yaddaşına 5-dək barmaq izi əlavə edə bilərlər. Qurğu barmaq izini istənilən bucaqdan oxuya bilər.
 
Gözün torlu qişasının skanı və tanınması “EyeVerify” proqram təminatı vasitəsilə həyata keçirilir. Proqram hər bir insan üçün unikal olan qan damarlarını qeydə alır.
 
"Mountain America Credit Union öz müştərilərinə yeni seçim təqdim etdiyinə görə məmnunluq hissi keçirir. Bu innovasiyalar onlayn əməliyyatların təhlükəsizliyini yüksəltməyə, həmçinin mobil bankçılığa girişi asanlaşdırmağa imkan verəcək" – bankın nümayəndəsi deyib.
 
Emil Hüseynov
 



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Dekabr 2021

03 12 2021