12px13px15px17px
Tarix:21/05/15

“Apple Watch” saatları gələn aydan satışa çıxarılır

“Apple” şirkətinin istehsal etdiyi “Apple Watch” saatları bu il iyunun əvvəlində satışa çıxarılacaq.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu günədək “Apple” şirkətinin “ağıllı” saatını almaq üçün yeganə üsul onlayn sifariş idi və bütün pərakəndə satıcılara iyun-iyul aylarına kimi gözləmək tövsiyə edilirdi.
 
  Bu günlərdə, Çində işgüzar səfərdə olan, “Apple” şirkətinin rəhbəri Tim Kuk şirkət əməkdaşlarına bildirib ki, iyun ayının əvvəlində artıq saatların pərakəndə satış dükanlarına tədarükünə başlanacaq.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024