12px13px15px17px
Tarix:22/05/15

“ICANN” prezidenti istefaya gedəcək

Bu gün internetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının prezidenti Fadi Şehade 2016-cı ilin martında vəzifəsini tərk edəcəyini açıqlayıb.
 
Təşkilata 2012-ci ilin sentyabrından rəhbərlik edən Fadi Şehadenin istefaya getməsinə səbəb kimi onun yeni iş tapması göstərilir. Təşkilat rəhbərinin hansı işlə məşğul olacağı “ICANN”-ın 2016-cı ildə Mərakeşdə keçirəcəyi konfransından sonra məlum olacaq. Bu, Fadi Şehadenin təşkilat rəhbəri kimi iştirak edəcəyi sonuncu tədbir olacaq.   
 
“ICANN” rəhbəri domen sənayesinin inkişafına töhfə verdiyinə görə şad olduğunu bildirib. Onun sözlərinə görə, təşkilatda çox gözəl işçi heyəti toplanıb, bir nəfərin işini tərk etməsi işə təsir göstərməyəcək və yeni rəhbər təşkilatın inkişafını uğurla davam etdirə biləcək.
 
Bildirilir ki, Fadi Şehadenin başlıca xidməti “ICANN”-ın ABŞ hökumətinin nəzarətindən çıxmağa başlamasıdır. “ICANN” dövlət orqanlarının nəzarətində olan texniki təşkilatdan tədricən dünya miqyaslı şirkətə çevrilməklə filialları vasitəsilə bütün ölkələrin cəmiyyətləri ilə əlaqə saxlayır.
 
Həmçinin onun idarəetməsi dövründə yüksəksəviyyəli yeni domenlər proqramı (New gTLD) uğurla istifadəyə verilib.
 
Domen sənayesi nümayəndələrinin fikrincə,  Fadi Şehadenin vəzifəsini tərk etməsi “ICANN” üçün böyük itkidir, - "Webnames yazır. 



Baxış sayı: 276

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020