12px13px15px17px
Tarix:25/05/15

"8K” formatlı televizorlar bazara 2018-ci ildə çıxarılacaq

Ekspertlərin proqnozuna görə, yeni nəsil “Ultra HD” formatlı televizorlar (8KTV) bazara 2018-ci ildə çıxarılacaq, onların kütləvi istehsalını Cənubi Koreya şirkətləri həyata keçirəcək, həmçinin dünyanın böyük televizor istehsalçıları 2018-ci ildə yeni bazar standartı kimi “8K” texnologiyasının tətbiqinə başlayacaq.

Bu barədə “DisplaySearch” agentliyinin hesabatında deyilir.
 
Bildirilir ki, ekranda horizontal təsvir ölçüsünün 8 min pikselə bərabər olduğu “8K” standartı təsvir ölçüsünün eninə 3840 piksel təşkil etdiyi “4K” formatını əvəz edəcək. “8K” standartında təsvirin dəqiqliyi hazırkı əsas “HD” standartı ilə müqayisədə 16 dəfə yüksək olacaq.  
 
Yüksək dəqiqliyə malik panellər (HD) 2000-2006-cı illərdə əsas displey hesab edilib. Ondan sonra isə 2006-cı ildə təqdim olunan və 2012-ci ilədək davam edən "Full HD” dövrü başlayıb. Agentlik bundan sonrakı dövr üçün 2012-ci ildə təşəkkül tapan və 2018-ci ilədək trend olacaq “4K”-nın əsas standart olacağını proqnozlaşdırır.  
 
Agentlik nümayəndələri həmçinin Cənubi Koreya istehsalçılarının 2016-cı ildə “8K” panellərinin kütləvi istehsalına başlayacağını gözləyirlər, - “Mediasat” yazır.  
 



Baxış sayı: 597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024