12px13px15px17px
Tarix:25/05/15

Polşada “Robotlar gecəsi” keçirilib

Varşavada vətəndaşlara polyak mühəndislərinin uğurlarını nümayiş etdirmək məqsədilə “Robotlar gecəsi” keçirilib. Avtomatika və Ölçmə Sənayesi İnstitutunda xizəkli-tırtıllı avtomobillər, polis robotları, tibbi və antiterror maşınları nümayiş olunub.
 
Artıq üçüncü dəfədir təşkil olunan “Robotlar gecəsi” aksiyası bu il “Missiya: təhlükəsizlik” şüarı altında keçirilir. Bu səbəbdən sərgidə nümayiş olunan eksponatların - robotların əksəriyyəti insan həyatının qorunması üçün yaradılıb.
 
“İnstitutumuzda biz 10 tip robot hazırlamışıq. Onların ən kiçiyinin çəkisi 1,5 kq, ən böyüyünün 500 kq təşkil edir”, - institut direktoru Yan Yablkovski deyib.
 
Mühəndis Petr Şinkarçik istehsal olunan qurğuların real şəraitdə işləməsini və insan həyatını xilas etməsini bildirərək onlardan bəzilərinin hazırda polisə itkin düşən insanları axtarmaqda kömək etdiyini əlavə edib.
 
“Robotların insan həyatında iştirakı bəzən bizim onları görməməyimizə baxmayaraq genişdir. Onlar bizə tozu sovurmağa, otu biçməyə və binaların fasadını təmizləməyə kömək edirlər. Biz robotların gündəlik həyatımızda geniş iştirakına və artan roluna hazır olmalıyıq”, - P.Şinkarçik qeyd edib.
 
Kosmos və qeyri-adi texnologiyalar həvəskarları üçün “Robotlar gecəsi” təşkilatçıları tərəfindən kosmik missiyanın dəstəklənməsi üçün yaradılan Mars uçuş aparatının analoqu təqdim olunub. Bundan başqa, sərgi iştirakçıları robotların üçölçülü texnologiyalardan istifadə etməklə yaranma prosesini görmək və özlərini bu mürəkkəb konstruktor işində sınamaq imkanı əldə ediblər, - “TASS yazır.  



Baxış sayı: 1190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024