12px13px15px17px
Tarix:25/05/15

Nazir Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə keçirilmiş sammitində iştirak edib (FOTOLAR)

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 21-23 may tarixlərində İordaniya Haşimilər Krallığında Dünya İqtisadi Forumunun (DİF) Yaxın Şərq və Şimali Afrika üzrə keçirilmiş sammitində iştirak edib.
 
 
İordaniya Haşimilər Kralı II Abdullah, Misir Ərəb Respublikasının prezidenti Abdel Fəttah Əl Sissi, Fələstin Milli Hakimiyyətinin prezidenti Mahmud Abbas, DİF-in təsisçisi və icraçı sədri Klaus Şvab, yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, akademik nümayəndələr, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərlərinin iştirak etdiyi Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Hökumətini nazir Əli Abbasov təmsil edib.

Nazir qabaqcıl texnologiyaların həyatımızın bütün sahələrinə təsiri, təbii ehtiyatlar, sülh və işsizlik problemlərinin həllində rolu kimi mövzuların müzakirə edildiyi "Gələcəyin texnologiyaları" "Rəqəmsal ekstremizm" və "İnkişaf üçün infrastruktur" sessiyalarında iştirak edib.
 






Sammit çərçivəsində nazir Əli Abbasovun DİF-in təsisçisi və icraçı sədri, professor Klaus Şvabla ikitərəfli görüşü baş tutub. Klaus Şvab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Forumunda fəal iştirakı və onun rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafının digər ölkələr üçün nümunə olduğunu bildirib. O,  ölkəmizdə informasiya və yüksək texnologiyaların sürətli inkişafının Davos Forumu çərçivəsində aparılan təşəbbüslərdə və keçiriləcək sessiyalarda da öz əksini tapması üçün uyğun bölmələrinə tapşırıq verəcəyini bildirib.

Görüş zamanı  Azərbaycan Respublikası ilə DİF arasında yüksəksəviyyəli əlaqələrin perspektivləri və inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, 2016-ci ilin yanvar ayında DİF-in Davosda baş tutacaq illik toplantısı çərçivəsində Genişzolaqlı İnternetin inkişafı üzrə BMT Komissiyasının xüsusi sessiyasının DİF-lə birgə keçirilməsi mövzusu müzakirə edilib.
 
 
 
Yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi məqsədilə nazir Əli Abbasov İordaniya Haşimlər Krallığının İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) naziri, İordaniyanın dövlət sektorunun inkişafı naziri, Uqanda Respublikasının İKT naziri,  Bolqarıstanın turizm naziri, Birləşmiş Ərəb Əmirliklərinin Şarcah vilayətinin ticarət və turizmin inkişafı qurumunun baş direktoru, Yaponiyanın Xarici İşlər Nazirliyinin xarici siyasət bürosunun sülh quruculuğu üzrə xüsusi səfiri, eyni zamanda dünyaca məşhur  korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.











 

 




Baxış sayı: 1038

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2020

22 01 2020

22/01/20
“Apple” yeni ucuz “iPhone” smartfonunu təqdim etməyi planlaşdırır

“Apple” şirkəti fevralda ucuz “iPhone” smartfonunun yığılmasına başlamaq niyyətindədir. Bu haqda öz mənbə

22/01/20
“Clearview AI” texnologiyası ABŞ polisinə cinayətlərin araşdırılmasında kömək edir

ABŞ-ın hüquq-mühafizə orqanları sosial şəbəkə istifadəçilərini “Clearview AI” sifətin tanınması texnologi

22/01/20
“Gartner”: 2022-ci ilədək “5G” smartfonlarının satış həcmi artacaq

“Gartner” tədqiqat şirkəti 2020-ci ildə smartfonların satış həcminin artımı ilə bağlı öz proqnozunu açıq

22/01/20
Saniyədə trilyon kadr çəkən çox sürətli kamera təqdim olunub

Kaliforniya İnstitutunun alimləri saniyədə trilyon kadr çəkmək imkanına malik olan çox sürəli kamera

22/01/20
Yeni alqoritmin köməyilə adi fərdi kompüterlərin məhsuldarlığı min dəfə yüksələcək

“Toshiba” şirkətinin mühəndisləri Hayato Qoto və Kosuke Tasumura tərəfindən hazırlanmış proqram alqoritmi

22/01/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin keçirəcəyi növbəti vətəndaş qəbullarının vaxtı açıqlanıb

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər

22/01/20
Lazerli printerin ixtiraçısı vəfat edib

ABŞ-da lazer şüası texnologiyasından istifadə edilməklə hazırlanan dünyada ilk lazerli printerin ixtiraçı

22/01/20
İngiltərədə sürücüsüz işləyən avtobusların sınaqlarına başlanılıb

İngiltərədə sürücüsüz işləyən avtobusların sınaqlarına başlanılıb. Öncə nəqliyyat vasitəsi “Cribbs Cau

22/01/20
“Sony” şirkəti “4K” ekranlı və “5G” dəstəkli ilk smartfon hazırlayır

Gələcək qabaqcıl “Sony Xperia” smartfonu hazırda kommersiya bazarında heç bir qurğunun malik olmadığı uni

22/01/20
Bərpa edilmiş qabaqcıl “Apple” smartfonlarının satışına başlanılıb

“Apple” şirkəti bərpa edilmiş qabaqcıl “iPhone XS” və “iPhone XS Max” smartfonlarının satışına başlayıb.