12px13px15px17px
Tarix:25/05/15

Azərbaycan universitetləri istifadəçilərə rəsmi saytlarının “iOS” və “Android” platformaları üçün mobil tətbiqləri təqdim edəcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) innovasiyanın tətbiqi istiqamətində növbəti yeniliklər reallaşdırılıb.
 
Rebrendinq çərçivəsində universitetin müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş rəsmi veb-saytının təqdimatı keçirilib. Universitetin yeni abreviaturası olan  UNEC (University of Economy) saytın domen adında da öz əksini tapıb. “http://unec.edu.az” saytında istifadəçilərin lazımı informasiyanı tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub.
 
 
3 dildə təqdim olunan saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. “HTML5”, ”Query”, “Cross Browser” texnologiyalarından və CMS platformasından istifadə olunmaqla təhlükəsizlik amili tam təmin olunub. Universitetin rəsmi veb-saytının dünya reytinqində yer alması üçün “Webometrics” tələbləri əsas götürülüb.
 
Saytda universitetin struktur bölmələri haqqında məlumat bazası ilə yanaşı, elektron kitabxana, sınaq imtahanı, elektron apelyasiya haqqında informasiyalar yer alıb. Yaxın zamanda saytın əlavəsi kimi “iOS” və “Android” platformaları üçün mobil tətbiq də istifadəçilərə təqdim olunacaq. Rebrendinq çərçivəsində universitetin yeni korporativ loqotipi də təqdim edilib.
 
Hazırlanan yeni loqoda müasir dizayn konsepsiyası prioritet götürülüb. Minimalizm stili bazasında qurulan loqoda əsas komponentlər kimi qlobus, iqtisadi qrafik və kitab yer alıb. Yeni loqonun fəlsəfəsi “qloballaşan dünyada iqtisadi inkişafın əsası elmdir” kimidir.
 
 
SEYMUR



Baxış sayı: 453

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020