12px13px15px17px
Tarix:25/05/15

İnformasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqi aparılacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin sentyabr ayından etibarən dövlət qurumlarının mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqini keçirməyi planlaşdırır.
 
Mərkəzdən verilən məlumata görə, monitorinqin keçirilməsində əsas məqsəd informasiya ehtiyatlarının və sistemlərinin qanunvericiliklə müəyyən edilmiş şəkildə yaradılması, mühafizə edilməsi, idarə olunması və digər dövlət qurumlarına “bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət, texniki-proqram çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırması üçün təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.
 
Bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə, MHM tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərinin təşkilini və səmərəliliyini qiymətləndirmək üçün sorğu  hazırlanıb. Təşkil olunan sorğu əsasən aidiyyəti qurumların elektron idarəçilik, mülkiyyətində olan informasiya sistemləri, təqdim etdiyi elektron xidmətlər, istifadəçilərlə əks əlaqənin yaradılması, aidiyyəti qurumların sərəncamında olan informasiya sistemləri ilə informasiya mübadiləsi və digər istiqamətlər üzrə fəaliyyəti çərçivəsindədir.
 
Sorğunu cavablandırmaq üçün dövlət qurumlarından sorğu linkinə e-imza vasitəsilə daxil olaraq “Dövlət təşkilatlarında elektron xidmətlərin səmərəliliyini qiymətləndirən tədqiqat sorğusu”nda bəndlər üzrə müvafiq məlumatları doldurub, təsdiq etməklə elektron şəkildə göndərmək və ya həmin linkdən anket formasını çap edib, məlumatları doldurub təsdiq edərək kağız şəklində RYTN-in Məlumat Hesablama Mərkəzinə göndərmək xahiş olunur.
 
CAHANGİR
 



Baxış sayı: 561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024