12px13px15px17px
Tarix:26/05/15

Sualtı çəkilişlər üçün smartfon təqdim olunub

“Kyocera” şirkəti sualtı fotoşəkil həvəskarları üçün yeni “Torque G02” modelini təqdim edib. Press-relizə əsasən, “G02” dünyada ilk smartfondur ki, qurğunu dənizdə istifadə etmək olar. Yeni cihaz ABŞ-ın 19 kateqoriya üzrə hərbi standartını (“MIL-STD-810G”) dəstəkləyir, qurğunun kamerası dəniz suyuna qarşı dayanıqlıdır.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Torque G02” smartfonu, həmçinin alpinistlər, qaçışçılar və aktiv turistlər üçün nəzərdə tutulub. Aparat “HD” təsvir ölçülü 4,7 düymlük “IGZO” texnologiyası ilə hazırlanmış ekran, 2 QB əməli və 16 QB daxili yaddaşla (128 QB tutumuna kimi “microSD” kart qoşulmasını dəstəkləyir) təchiz olunub.
 
Çipsetin tipi məlum deyil. Daxili akkumulyatorun tutumu 2910 milliamper/saat, simsiz enerji doldurma dəstəyi var. Smartfon “Android 5.1” (“Lollipop”) mobil əməliyyat sistemi ilə işləyir.
 
Sualtı foto və videoçəkilişlər üçün 13 meqapiksellik kamera quraşdırılıb. Suyun içində kamera avtomatik xüsusi rejimə keçir, parlaq və dolğun fotoşəkillər çəkməyə imkan verir. Həmçinin 5 meqapiksellik ön kamera var.
 
Smartfon hələ ki Yaponiyada əlçatandır.
 
Emil Hüseynov
 



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024