12px13px15px17px
Tarix:26/05/15

2014-cü ildə Avropanın internet reklam bazarının həcmi 30,7 milyard avro təşkil edib

Doqquzuncu illik interaktiv konfransda  “IAB Europe” mütəxəssisləri elan edib ki, 2014-cü ildə Avropanın internet reklam bazarının həcmi 11,6 faiz yüksələrək 30,7 milyard avro təşkil edib.
 
Tədqiqatda iştirak edən bütün bazarlarda müsbət artım müşahidə olunur.
“IAB Europe” baş direktoru Taunsend Fien hesab edir ki, tədqiqatın nəticələri Avropa iqtisadiyyatının inkişafı üçün rəqəmli reklamın vacibliyini vurğulayıb.
 
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, tədqiqatda onlayn reklam bazarı üç ayrıca seqment şəklində nəzərdən keçirilib: media, axtarış və kataloqlarda yerləşdirilmiş reklamlar.
 
Media reklam bazarının artımı 15,2 faiz (10,9 milyard avro) təşkil edib.
 
Axtarış reklam bazarının həcmi 10,8 faiz (14,7 milyard avro) yüksəlib. Bu onlayn reklam növü hələ də maksimum gəlir qazandırır, amma son üç ildə onun artımı zəifləyib.
 
2014-cü ildə reklam kataloqları bazarının həcmi 5,8 faiz (4,9 milyard avro) yüksəlib.
 
2013-cü illə müqayisədə mobil reklam bazarının həcmi 72,5 faiz yüksəlib və hazırda media reklamının 17.7 faizini təşkil edir.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024