12px13px15px17px
Tarix:09/09/11

“Yahoo” İdarə Heyətini səriştəsizlikdə ittiham edirlər

“Third Point” investisiya fondunun rəhbəri Deniel Loib hesab edir ki, “Yahoo”-nun bazar vəziyyətinin pisləşməsində internet-şirkətin Direktorlar Şurası günahkardır.

Cənab Loib İdarə Heyətini ittiham edərək bildirib ki, onlar 2009-cu ilin yanvar ayında icraçı direktor vəzifəsinə Kerol Bartsı təyin etməkdə səhv ediblər. Xanım Kerol internet- biznes və media xidmətləri inkişaf etdirmək təcrübəsinə malik deyildi.

Bundan başqa, analitikin fikrincə, “Yahoo” Direktorlar Şurası xanım Bartsın işdən çıxarılmasını çox yubadıb.

Cənab Loibin fikrincə, İdarə Heyəti 2008-ci ildə kobud səhvə yol verib. Belə ki, “Microsoft” şirkəti 2008-ci ilin əvvəlində hər səhm üçün 31 dollar təklif edərək “Yahoo”nu almaq istəyirdi.

Sonra hər səhm üçün qiymət 33 dollara qədər yüksəldilmişdi və sazişin ümumi məbləği 47,5 milyard dollar idi. Lakin “Yahoo” Direktorlar Şurası bildirmişdi ki, birləşmə yalnız hər səhm üçün 37 dollar olduqda mümkündür. Nəticədə “Microsoft” təklifindən imtina etdi. Bu gün “Yahoo”nun qiymətli kağızlarının qiyməti cəmi 14 dollardır.

Bu yaxınlarda “Yahoo”nun 5,2 % hissəsini alan “Third Point” fondunun rəhbəri fikrini belə yekunlaşdırıb ki, internet-şirkətin İdarə Heyəti istefa etməlidir. Və Deniel Loibin fikrincə, bu işə “Yahoo” Direktorlar Şurasının sədri Roy Bostokdan başlamaq lazımdır.



Baxış sayı: 1605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024